Eks "Qarabağ"lı Türkiyə PTT Liqasında

17:13 8 İyul 2015

Ağdamın “Qarabağ”klubundan  ayrılan daha bir futbolçusu Leroy Corc karyerasını hansı klubda davam etdirəcəyi rəsmiləşib.

Sportarena.az xəbər verir ki, 28 yaşlı xavbek Türkiyənin PTT I Liqasında çıxış edən “Göztəpə” klubunda forma geyəcək.
Surinam əsilli Hollandiyalı uzun müddətdi danışıq apardığı “Göztəpə” klubunun rəhbərliyi ilə razılaşıb. Ortaq məxrəcə gələn tərəflər 2 illik rəsmi müqavilə imzalayıblar.


Qeyd edək ki, Corcun adı ötən mövsümün ortalarında Superliqa təmsilçisi “Sivasspor”la da hallanırdı. Lakin həmin vaxt təcrübəli oyunçunun Türkiyəyə gedişi baş tutmamışdı.
 
Nəzərinizə çatdıraq ki, 2013-2015-ci illər ərzində Azərbaycan Premyer Liqasında “Qarabağ”ın heyətində ümumilikdə 59 oyunda 19 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti