Əmrə Belozoğlu "Başakşəhər"də

17:46 8 İyul 2015

İstanbul təmsilçisi "Fənərbağça" klubundan ayrılan Türkiyə millisinin sabiq üzvü Əmrə Belözğlu keçən mövsüm ilk dördlükdə qərarlaşan "Medipol Başakşehir"ə transfer olunub.

Sportarena.az xəbər verir ki, klub prezidenti Göksel Gümüşdağ təcrübəli futbolçu ilə iki illik müqavilə bağlandığını qeyd edib.

Təqdimetmə mərasimi zamanı Əmrə yeni klubu ilə bağlı fikirlərini dilə gətirib: "Türkiyənin nümunəvi ailəsinə, Liqanı 4-lüklə bitirən klubun üzv olmağa gəldim. Karyeramı burada yekunlaşdırmaq istəyirəm".

O, "Fənərbağça" ilə bağlı suallara isə belə cavab verib: "Orada çöx gözəl və eyni zamanda çətin günlərim keçib. Mənə kapitanlığı layiq gördülər. Böyük və çətin camiadı. "Fənərbağça"da futbol oyamaq asan deyil. Amma peşəkar həyatın içində bunlar var. Orada mücadilə apardım və ayrılanda küçədə mənim üçün ağlayanları gördüm. Bu mənim üçün yetərlidir.

Düzgün işlər etdiyimə inanıram. Səhvlərim də var. Lakin doğrularımın daha çox olduğuna inanıram. Rəhbərliyin verdiyi qərara hörmətlə yanaşıram. "Fənərbağça"dan ayrılmaq nə qədər çətindirsə, "Başakşehir" ilə müqavilə imzalamaq o qədər asan oldu".
 

Sonda Əmrə “Barselona” transfer olunan Arda Turan haqqında da fikirlərini bölüşüb: “Arda son illərin ən böyük ulduzlarındandır. Bir türk kimi məni də qururlandırdı. “Atletiko”dakı uğurlarını orada da davam etdirəcəyinə əminəm”


Digər xəbərlər

Xəbər xətti