Premyer Liqaya yenicə vəsiqə qazanmış “Zirə” klubuna yeni transferlər olunmuş futbolçuardan biri ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, Bakı təmsilçisinin yenicə heyətinə qatdığı Ruslan Tağızadə komandanı tərk edib.
Keçən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılaraq “Zirə” ilə anlaşan gənclər yığmamızın sabiq üzvü karyerasını ölkə xaricində davam etdirəcək. Belə ki, 22 yaşlı müdafiəçi Türkiyənın PTT liqasının təmsilçisi “Boluspor”la razılığa gəlib.