"Neftçi"də "yarpaq tökümü" davam edir: Bu dəfə Xetaqurov komandadan uzaqlaşdırıldı

18:37 8 İyul 2015

Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Mladost"la (Monteneqro) qarşılaşacaq "Neftçi"də "yarpaq tökümü" davam edir. Bir müddət əvvəl Qarabağ müharibəsi veteranı, klubun operatoru Dadaş Zeynalov işindən uzaqlaşdırılmışdı. İki gün əvvəl isə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin uşaqlıq dostu, Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki Hamlet İsmayılov klubun təhlükəsizlik idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hər iki istefa "Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun istəyi ilə baş tutmuşdu.

 

Sportarena.az Komanda.az-a istinadən xəbər verir ki, bu dəfə "Neftçi"dən uzaqlaşdırılan klubun təcrübəli həkimi Boris Xetaqurov olub. Daha doğrusu, "Neftçi"nin tibbi bərpa mərkəzinin baş həkimi kimi çalışan Xetaqurov bir neçə gün əvvəl - iyulun 1-də postundan uzaqlaşdırılıb.

 

Xetaqurov uzun illər "Neftçi"də və milli komandalarda həkim kimi fəaliyyət göstərib. O, "ağ-qaralar"ın SSRİ çempionatının bürünc medallarını qazandığı 1966-cı ildə də komandanın həkimi olub. Gələn ay "Neftçi"də fəaliyyətə başlamasının 50 ili tamam olacaqdı (komanda.az).

 

Məlumatı dəqiqləşdirmək üçün Boris Xetaqurovla əlaqə saxladıq. O, apasport.az saytına açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirdi: “Şəxsi işlərimlə əlaqədar, “Neftçi” ilə birgə Monteneqroya getməmişəm. Amma klubdan ayrılmağımdan söhbət gedə bilməz. Bu barədə xəbəri ilk dəfə sizdən eşidirəm”.


Digər xəbərlər

Xəbər xətti