İtaliya nəhəngi “Milan” klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, Filip Mekseslə bir illik müqavilə imzalanıb.
33 yaşlı fransız müdafiəçinin müqaviləsi bu ilin may ayına başa çatmışdı.
Nəzərinizə çatdıraq ki, Fransa milli komandasının da formasını geyinmiş futbolçu 2011-ci ildə “Roma”dan transfer olunmuşdur.