"Qələbəyə köklənmişik" - Qriqorçuk

19:29 8 İyul 2015

 “Sabahkı oyuna hansı heyətlə çıxacağımız hələ məlum deyil. Bunu sabah nahar vaxtı müəyyənləşdirəcəyik. İlk matçla müqayisədə heyətdə dəyişiklik mümkündür”.

Sportarena.az Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dinamo”ya qarşı baş tutacaq görüş öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis erkən qol vurmağın elə də önəm daşımadığını bildirib: “Erkən qol daim fərqlənən tərəfə üstünlük verir. Qapısında qol görən isə bir qədər həyəcanlı olur. Sabah öz oyunumuzu nümayiş etdirməliyik. Bunun vacib amil olduğunu düşünmürəm”.

Qriqorçuk qeyd etdi ki, “Komandada hər şey qaydasındadır. İlk oyunumuzu analiz etdik. Sabahkı matçda dəyişməli olduğumuz bir çox məqamlar var. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Qələbəyə köklənmişik”.


Digər xəbərlər

Xəbər xətti