Ard-arda transferlərlə gündəmi zəbt edən “Fənərbağça”, “Transfermarket” internet səhifəsində verilən məlumata görə, Türkiyə Super Liqasının ən dəyərli komandası oldu.
Sportarena.az xəbər verir ki, keçən mövsüm 135 milyon avro dəyəri olan “Fənər” 153 milyona yüksəldi. “Cim bom” isə 177 milyon avrodan 143 milyona enərək əzəli rəqibindən geri düşdü.