İngiltərənin "Liverpul" klubunun sabiq kapitanı futbolçusu Stiven Cerardın ABŞ klubu "Los Angeles Qalaksi" keçidi rəsmiləşib.
Sportarena.az klubun rəsmi saytına nəzərn xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü klubla 1 il yarımlıq müqavilə imzalanıb. O, yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
"Bura tətilə gəlməmişəm. Yeni klubumdakı tək hədəfim çempion olmaqdır"- deyə Cerard vurğulayıb.
Nəzərinizə çatdıraq ki, 1998-ci ildən "Liverpul"da çıxış edən yarımmüdafiəçi bu ilin mayında klubdan ayrılıb.