Kuarejma Premyer Liqada oynamağa yaxındır

18:22 9 İyul 2015

Portuqaliya milli komandasının və "Porto" klubunun yarımmüdafiəçisi Rikardo Kuarejma karyerasını Rusiyada Premyer Liqasında davam etdirə bilər.

 

Sportarena.az  xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçunu Rusiyanın “Dinamo” klubu transfer etmək istəyir. Bəzi mənbələrə görə, “Dinamo” ilə yanaşı digər Moskva klubları “Spartak” və “Lokomotiv” da oyunçu ilə yaxından maraqlanır.

 

Nəzərinizə çatdıraq ki, “Sportinq”, “Barselona”, “İnter”, “Çelsi”, “Əl-Əhli” və “Beşiktaş” klublarında forma geyinmiş Kuarejma ötən mövsüm "Porto"nun heyətində çıxdığı 30 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti