"FİFA prezidenti vəzifəsinda qalmayacam" Yozef Blatter

18:56 9 İyul 2015

Rüşvət qalmaqalı ilə gündəmə gələn və daha sonra FİFA prezidentliyindən istefa verən Yozef Blatter öz maraqlı fikirləri gündəmi zəbt edib.

Sportarena.az xəbər verir ki, qurumun keçmiş prezidenti ondan xahiş olunacağı təqdirdə belə, tutduğu vəzifədə qalmayacağını bildirib:

"FİFA prezidenti vəzifəsində qalmayacam. Hətta, FİFA-nın konqresi belə xahiş etsə".

Nəzərinizə çatdıraq ki, İsveçrəli təşkilat rəhbəri mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün keçdikdən sonra hər kəs tərəfindən dəstəklənməməsini söyləyərək istefa verib.

İyul ayının 20-də isə İsveçrənin Sürix şəhərində qurumun yeni prezidentinin seçilməsi tarixini müəyyən etmək üçün FİFA-nın İcraiyyə Komitəsinin növbədənkənar toplantısı baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti