Xəbər verdiyimiz kimi, Bakının "İnter" klubu Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə qolsuz bərabərə qalaraq növbəti mərhələyə adlayıb.
Sportarena.az xəbər verir ki, "İnter"in prezidenti Georgi Nikolov oyundan sonra sevincini Azərbaycan bayrağı ilə qeyd edib və o bayrağımızla stadionda dövrə vurub. Klub prezidenti həmçinin göz yaşlarını da saxlaya bilməyib.