"Çox çətin görüş oldu. Uşaqlar çox yoruldular və sonda gücləri qalmamışdı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Laçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Baş məşqçi növbəti mərhələdə də qələbə qazanmağa çalışacaqlarını bildirib :
"Növbəti mərhələdə də əlimizdən gələni edəcəyik və çalışacayıq ki, mərhələni adlayaq".