Bu gün Ramazan ayının 23-cü günüdür.
QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:50-də bitir. İftar isə saat 21:29-dadır.
"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".
Ramazan ayının 23-cü gününün duası:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"
(""Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin").
P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.