Avropa Liqasının İlkin təsnifat mərhələsini keçərək ikinci mərhələyə adlayan "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki rəqibləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Qəbələ" Serbiya, "İnter" isə İslandiya təmsilçisi ilə qarşılaşacaq.
"Qəbələ"nin rəqibi məlum olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Çukariçki" klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. "Qəbələ" ikinci təsnifat mərhələsində məhz "Çukariçki" klubu ilə qarşılaşacaq.
İslandiya təmsilçisi "Hafnarfyordur" klubu 1:0 hesablı qələbə qazanıb. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn İslandiya klubu ikinci təsnifat mərhələsində Bakı "İnter"nə rəqib olub.
Nəzərinizə çatdıraq ki, "İnter" Ilkin təsnifat mərhələsində Albaniyanın "Laçi", "Qəbələ" isə Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz "Neftçi" isə "Mladost" səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb.
23:00. "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya) - 0:0
(İlk oyun - 1:0)
00:15. “Hafnarfyordur" (İslandiya) - SJK (Finlandiya) - 1:0
Qol: Finboqason, 90+1 (1:0)
(İlk oyun - 1:0)