"Super Mario" "Beşiktaş" yolunda

10:13 10 İyul 2015

“Qara qartallar”ın  İtaliyanın “Fiorentina” klubunda forma geyən alman hücümçu ilə anlaşdığı və yaxın günlərdə İstanbula gələcəyi məlum olub.

Sportarena.az xəbər verir ki, Demba Banın Çin klubuna transfer olunmasından sonra hücümçu axtarışlarında olan Istanbul təmsilçisi tanınmış futbolçu ilə maraqlanır. “Beşiktaş”ın alman futbolçu ilə ilkin razılığa gəldiyi söylənilir. Yeni bir dönəmə qədəm qoymaq istəyən ulduz futbolçunun Türkiyədən gələn bu təklifə razı olaraq, İstanbula gələcəyi istisna edilmir. “Fiorentina” ilə iki illik müqaviləsi olan ispan əsilli alman oyunçunun meneceri Salvatore Arena müştərisinin klubdan ayrılacağını bildirib: “Klubun Marionu satmaq istəyi var. Bir neçe ölkədən, eləcə də Almaniyadan müəyyən təkliflər olunub. Dəyərləndirib yekunda qərar verəcəyik.

Qeyd edək ki , “Ştutqart” , Münhenin “Bayern” klubunda və eləcə də Almaniya millisinin də formasını geyən Qomeş, “Fiorentina” klubunda zədə səbəbindən uzun müddət meydana cıxa bilmyib.


Digər xəbərlər

Xəbər xətti