Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümü üçün hazırlıqlara başlayan Sumqayıtın eyni adlı klubu növbəti matşına çıxıb.
Sportarena.az xəbər verir ki, "kimyaçılar" Sumqayıtda "Kapital Bank Arena" stadıonunda 19 yaşadək futbolçulardan ibarət milli komandamızla üz-üzə gəlib. Matçda "Sumqayıt" Vuğun Hüseynov və Ağabala Ramazanovun qollarıyla 2:1 hesabıyla qələbə qazanıb.
"Sumqayıt" hazırlığın birinci mərhələsi dövründə növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Bu görüş saat 19:00-da Sumqayıtda baş tutacaq.