Podqoritsada toqquşma, 3 futbolçu qırmızı vərəqə aldı - FOTOLAR

12:29 10 İyul 2015

Avropa Liqasının Ilkin təsnifat mərhələsinin cavab qarşılaşmaları zamanı Monteneqro təmsilçisi "Mladost" və Azərbaycanın "Neftçi" komandaları arasında baş tutan oyunda 3 futbolçuya qırmızı vərəqə göstərilib.

Sportarena.az xəbər verir ki, "Neftçi"dən Aylton və ehtiyyat qpıçı Maksim Vaylo, Monteneqro klubundan isə Miloş S.Raduloviçdir.

Bu futbolçular 90+9-cu dəqiqədə oyun başa çatdığı zaman vermiş kütləvi toqquşma ilə əlaqədar meydandan qovulublar. Təmsilçimizdən rəqibini vuran Aylton, Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Raduloviç hakimin cəzasından yayına bilməyiblər. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.

Nəzərinizə çatdıraq ki, insidentlə əlaqədar UEFA İntizam Komitəsinin qırmızı vərəqə alan hər 3 futbolçuya sərt cəzalar tətbiq edəcəyi, klubları isə ciddi cərimələyəcəyi gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti