Avropa Liqasının II təsnifat mərhələsində Bakının "İnter" klubuna rəqib olan "Hafnarfyordur"un kapitanı matçla bağlı fikirlərini bölüşüb.
Sportarena.az İslandiya mətbuatına xəbər verir ki, 31 yaşlı futbolçu təmsilçimizlə oyunların çətin olacağını qeyd edib:
"Bu, mənim Azərbaycana ikinci səfərim olacaq. "İnter"lə oyunun çətin keçəcəyini bilirik. Ötən mövsüm "Elfsborq" "İnter"i penaltilər seriyasında məğlub edərək III təsnifat mərhələsində bizə rəqib olmuşdu. Təəssüf ki, həmin görüşdə qələbə qazana bilmədik. İndi də qarşımızda çətin tapşırıq var. Ancaq "İnter"i keçmək üçün əlimizdən gələni edəcəyik".
Nəzərinizə çatdıraq ki, "İnter" və "Hafnarfyordur" komandaları arasındakı oyunlar 16-23 iyul tarixlərində keçiriləcək.