Avropa Liqasında növbəti mərhələyə yüksəldikdən sonra azarkeşlərlə qələbə sevincini bölüşərək diz çökən “İnter” klubunun prezidenti Giorgi Nikolova “Tiffozi ultras” azarkeş qrupu tərəfindən fakel yandırılaraq cavab verilib. Çılğın azarkeşlər yandırdıqları fakellərdən birini Nikolov tərəfə atıblar. Meydançanın kənarına düşən fakel isə süni ot örtüyünü aldışdırmağa başlayıb.
Sportarena.az xəbər verir ki, bu an stadionun texniki işçisi zamanında müdaxilə edərək baş verəcək yanğın hadısəsinin qarşısını alıb.
Nəzərinizə çatdıraq k, analoji hadisə 2013-cü ildə “İnter” - “Neftçi” matçında da baş vermişdi. O vaxt “Neftçi” klubunun ultrasları qapıçı meydanına yaxın ərazidə 1km süni ot örtüyünü fakellə yandırmışdılar. Bu hadisədən sonra meydan sahibləri “Şəfa” stadionunda yanmış xalçanı yenisi ilə əvəzləmişdilər.