Azərbaycanlı "Kobra" Çində döyüşəcək

15:28 10 İyul 2015

Çinin Nanjinq şəhərində 18 iyul tarixində  kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” beynəlxalq turniri baş tutacaq.
 

Sportarena.az xəbər verir ki, bu yarışda Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, "Kobra" ləqəbli təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev Azərbaycanı təmsil edəcək.
 

Kikboks üzrə beş qat dünya çempionu, azərbaycanlı döyüşçü P.Abdullayev 75 kiloqram çəki dərəcəsində yerli idmançı Aorigele ilə qarşılaşacaq. “Kobra” ləqəbli məşhur idmançımız keçirdiyi 41 doyüşündən 38-də qalib gəlib, bunlardan 13-nə nokautla nail olub.

Bu barədə məlumat verən Pərviz Abdullayev müsahibəsində bildirib ki, bu döyüşə məşqçisi Mehman Umudov və FHN-nin rəisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında artıq bir neçə aydır hazırlaşır. Həmçinin idmançı mütəmadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Nəzərinizə çatdıraq ki, may ayında keçirilmiş yarışda "Kobra" Pərviz rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti