"Hər kəsə təşəkkürümü bildirirəm" - Ruslan Qurbanov

16:17 10 İyul 2015

Avropa Liqasının ilkin təsnifat mərhələsində 2 oyunun fərqinə görə məğlub olaraq qitə miqyaslı turnirdə fəaliyyətini dayandıran Bakının "Neftçi" klubunun oyunçusu Ruslan Qurbanov şəxsi "facebook" səhifəsində azarkeşlərə təşəkkürünü bildirib.

 

Sportarena.az xəbər verir ki, millimizin də formasını geyən Qurbanov bunları qeyd edib:

 

"Belə çətin anda bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Hamımız bu vəziyyəti başa düşürük və sizin qədər kədərliyik. Hər şey Allahın iradəsindən asılıdır, biz bacardığımız qədər çalışdıq, amma Allahın təqdiri ilə Avropa Liqasında mübarizəni dayandırdıq. Çox sağolun qardaşlar!".


Digər xəbərlər

Xəbər xətti