Qalmaqallı oyunla əlaqəli son qərar verildi, "Qarabağ"ın futbolçusu sevindi

16:30 10 İyul 2015

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Avro-2016"nın seçmə mərhələsində baş tutan Serbiya - Albaniya oyununda yaşanan qalmaqalla bağlı qərarını açıqlayıb.

Sportarena.az Albaniya mətbuatına nəzərən xəbər verir ki, CAS UEFA tərəfindən Albaniya millisinə verilən 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib.

Beynəlxalq İdman Arbitraj Məhkəməsinin dərc etdiyi qərarda Serbiya millisinə 0:3 hesablı məğlubiyyət verilib. Belə olan halda Albaniya yığması turnirdə keçirdiyi 4 oyundan sonra xalını 10-a yüksəldib. Daha öncə 3 xalı silinən Serbiya yığması isə 1 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Nəzərinizə çatdıraq ki, keçən il oktyabr ayında İ qrupunda keçirilən Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pult vasitəsilə idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosova ərazisinin də əks olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Serbiya milli komandasının oyunçusu Stefan Mitroviçin həmin bayrağı yığışdırmaq istəməsindən sonra iki komandanın futbolçuları arasında insident yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu dayandırıb.

Qeyd edək ki, həmin qarşılaşmada Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Ansi Aqolli də meydanda olub və sarı vırıqı ilə cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti