Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Xəzər-Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.
Lənkəran klubunun məskunlaşdığı otelin məşq meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Xəzər-Lənkəran” bundan 3 gün sonra Superliqa təmsilçisi ilə gücünü sınayacaq. Qardaş ölkənin əsas liqa komandası “Kasımpaşa” ilə matç da eyni məkanda oynanılacaq. İstanbul klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.