“Fənərbaxça”nın yeni təyin olunmuş italyan idman direktoru Qiuliano Terraneo “Topuk Yaylası Təsisiləri”ndə media nümayəndələri ilə görüşüb.
Sportarena.az xəbər verir ki, İstanbul klubunun rəsmisi jurnalistlərə Hollandiya millisinin və “Mançester Yunayted”in hücumçusu Robin Van Persi ilə bağlı açıqlamalar verib.
O qeyd edib ki, hollandiyalı ulduzun 2 gün sonra İstanbula gəlmək ehtimalı var: “Dəqiq bilinməsə də, o, 2 gün içində İstanbula gələ bilər. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”.