İngiltərə milli komandasının "Liverpul" klubunun canlı əfsanələrindən biri sayılan Stiven Cerardın ABŞ-ın "Los Anceles Qalaksi"yə keçidindən sonra kapitanlıq sarğısı yeni sahibi məlum olub.
Sportarena.az xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını Cordan Henderson daşıyacaq.
Nəzərinizə çatdıraq ki, İngiltərə milli komandasının 24 yaşlı yarımmüdafiəçisi bu yaxınlarda "Liverpul"la olan müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.