Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərov karyerasını yenidən bərpa edib.
Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, uzun müddət klubsuz qalaraq futbol oynamayan futbolçu karyerasını yenə Latviyada davam etdirəcək.
O, Latviyanın birinci liqasında çıxış edən "Liepaya" komandası ilə 1 illik müqavilə imzalayıb. Həmyerlimiz 9 nömrəli forma ilə çıxış edəcək.