"Qalatasaray"da SON XƏBƏR- Melonun yerinə İnlər gətirilir

18:08 10 İyul 2015

Türkiyənin “Qalatasaray” klubundan ayrılmaq istəyən Braziliya milli komandasının sabiq üzvü Felipe Melonun yerinə türk əsilli İsveçrə millisinin üzvü Gökhan İnlər gətiriləcək.

Sportarena.az xəbər verir ki, Qalatasaray” rəsmisi Cüneyt Tanman bu məsələləri həll etmək üçün İtaliyaya yola düşüb. Tanman ilk öncə Melonun “İnter”ə transferi üçün İtalyan klubunun rəsmiləri ilə görüşəcək. Braziliyalı futbolçu bir müddət öncə klubdan ayrılmaq istəməsini İstanbul klubunun texniki heyətinə çatdırmışdır.Baş məşqçi Hamzaoğlu isə Melo ilə bu məsələni müzakirə edərək “Qalatasaray”ın ikinci təlim-məşq toplanışınadək ona düşünmıyi məsləhət görmüşdür.

“İnter”in baş məşqçisi Roberto Mançininin transfer siyahısında olan Melonun “Qalatasaray” ilə 1 illik müqaviləsi mövcuddur. Tanman illik 3,1 milyon avro alan təcrübəli futbolçunu transfer edəcəyi təqdirdə Gökhan İnlərin komandaya transfer olunmasını həyata keçirəcək.


Digər xəbərlər

Xəbər xətti