Daniel Karvahalın ardından "Real" daha bir futbolçusu ilə müqavilənin müddətini artıtıb.
Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, “kral klubu” Braziliya millisinin müdafiəçisi Marselo ilə 5 illik müqavilə imzalayıb.
Ulduz futbolçu 2020-ci ilə qədər "Real"ın şərəfini qoruyacaq. 8 il öncə Braziliyanın "Fluminense" klubundan "Real"a transfer edilən Marselo keçirdiyi 320 oyunda 23 qol vurub və 57 məhsuldar ötürmə verib.
.