Türkiyənın Kapadokya bölgəsində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” daha iki futbolçunu heyətinə qatıb.
Sportarena.az xəbər verir ki, braziliyalı yarımmudafiəçi Dieqo Souza və qapıçı Pavel Kapsa ilə rəsmən müqavilə imzalanıb. Bununla da "Xəzər Lənkəran"ın qapıçı problemi və eyni zamanda da orta sahədəki çatışmamazlıqlar ortadan götürülmüş olub.