Türkiyənin Kapadokya bölgəsində yay təlim-məşq toplanışını davam etdirən “Xəzər-Lənkəran” bu gün ilk dəfə yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, komandanın rəqibi Türkiyənın 3-cü liqasında mübarizə aparan “Niğdespor” olub.Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb .
Nəzərinizə çatdıraq ki, "Xəzər Lənkəran" klubu ilk yoxlama görüşünü Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun ikinci komandasına qarşı keçirməli idi. Ancaq, Kayseri təmsilçisinin bir sıra futbolçunun zədələnməsi səbəbindən bu görüş alınmayıb. Lənkəran klubunun növbəti yoxlama oyunu Super Liqa təmsilçisi “Kasımpaşa” olacaq. Oyun 14 iyul saat 19:30-da baş tutacaq.
Yoxlama oyunu
"Xəzər-Lənkəran" - "Niğdespor" 1-0
Qol. Rəşad Eyyubov, 34