Futbol üzrə milli komandamızın oyunçusu Tuğrul Eratın şərəfini qoruduğu Almaniyanın “Fortuna” klubu yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Alman klubu Ukrayna nəhəngi Kiyevin “Dinamo” klubu ilə üz-üzə gəlib. Oyun Andrey Yarmolenkonun 75-ci dəqiqədə vurduğu yegane qol sayəsində Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəzərinizə çatdıraq ki, Start heyətində meydançaya çıxan Tuğrul Erat 64 dəqiqdə əvəzlənib.