"Milan"da SON XƏBƏR - "İbra kadabra" geri dönür

11:38 11 İyul 2015

İtaliyanın “Milan” klubu sabiq futbolçusu Zlatan İbrahimoviçi transfer etmək cəhdlərindən əl çəkmir.

Sportarena.az “La Gazette Della Sport” nəşrinə nəzərən xəbər verir ki, Milan təmsilçisinin vitse-prezidenti Adrino Qalliani İsveçli ulduzun meneceri Mino Rayloyla ilkin razılığa gəlib. “Rossonoyerlər” İbrahimoviçə illik bonuslar xaric 6 milyon avro verməyə hazırdırlar.

Fransanın “PSJ” klubu 5,5 milyon müqabilində ulduzun trasferində razılığa gələ biləcəyi qeyd olunur.

Nəzərinizə çatdıraq ki, Bosniya əsilli İsveçli forvard 2 il “Milan”da forma geydikdən sonra 2012-ci ildə 21 milyon avro müqabilində Fransa klubuna transfer olunub. Paris təmsilçisi ilə müqavilə 2016- ci ilin yayına qədər nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti