Madrid "Atletiko"su uzun zamandı gözlənilən transferini reallaşdırıb.
Sportarena.az klubun saytına nəzərən xəbər verir ki, İspan klubu Fransa təmsilçisi "Monako"da oynayan Belçika millisinin üzvü Yannik Ferreya Karraskonu transfer edərək 5 illik müqavilə imzalanıb.
Nəzərinizə çatdıraq ki, “Monako”nun yetirməsi Karrasko bu klubda 81 oyuna 15 qol vurub. Hücumçunun transfer məbləği gizlin saxlanılsa da, bəzi mənbələrə görə bu 17 milyon avro civarındadır.