Avropa Liqasının ilkin təsnifat mərhələsində dəfələrlə özündən zəif Monteneqronun “Mladost” klubu ilə iki oyunun fərqinə görə Klubuna məğlubiyyətə uğrayan “Neftçi” klubu çoxsaylı azarkeşlərin qəzəbinə tuş gəlib.
Sportarena.az xəbər verir ki, Avropa Liqasında elə ilk mərhələdəcə məğlub olan, çempionatda isə heç bir mükafat belə qazanmayan “Neftçi” klubunun azarkeşləri müxtəlif sosial şəbəkələrdə klubda yaradılan Müşahidə Şurasının heç bir effekt vermədiyinə kəskin şəkildə etirazını bildiriblər. Onlar komandaya yenidən başda Sadıq Sadıqov olmaqla əvvəlki rəhbərliyin qaytarılmasını tələb edirlər.
Vaxtilə komanda da ard-arda ugurlar qazanan, Azərbaycan çempionu olan, tarix yazaraq UEFA Avropa Liqasının qrup mərhələsinə belə düşən klubun o zamankı rəhbərliyinin, ən əsası Sadıq Sadıqovun yenidən klubun rəhbəri təyin edilməsini istədiklərini bildirirlər.
Artıq səhərdən etibarən müxtəlif sosial şəbəkələrdə “Bizə belə rəhbərlik lazım deyil”, “Rədd olsun indiki rəhbərlik” , “Xilaskar Sadıq Sadıqov” və digər bu tipli statuslar yazaraq paylaşmağa başlayıblar.