Avropa Liqasının ikinci təsnifat mərhələsində İslandiya təmsilçisi “Hafnarfyordur” klubu ilə qarşılaşacaq Bakının “İnter” klubunun UEFA-ya verdiyi iştirak ərizəsi ilə sizi məlumatlandırmışdıq.
Sportarena.az xəbər verir ki, Bakı klubunundan göndərilən siyahıda Dieqo Madriqal və Meza Kollinin adına rast gəlinmir. Hər iki adları qeyd olunan futbolçu komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, Kosta-Rika millisində də forma geymiş Madriqal və Paraqvaylı yarımmüdafiəçi Meza Kolli artıq öz vətənlərinə yola düşüblər.