Yaxın günlərdə Rusiyalı oyunçu Andrey Arşavinin “Kuban” klubuna transferi reallaşacaq.
Sportarena.az xəbər verir ki, Kuban vilayətinin vitse-qubernatoru İvan Peronko Arşavinin transferi ilə əlaqəli bunları söyləyib: “Arşavinin transferi ilə bağlı bütün məsələləri müzakirə etmişik. Danışıqlar gözlədiyimiz kimi müsbət nəticələnib. Trasferin ləngiməsinə səbəb isə rəsmi müqavilənin imzalanmasıdır ki, bu da yaxın günlərdə reallaşacaq”
Nəzərinizə çatdıraq ki, Rusiya millisinin sabiq üzvü bundan öncə “Zenit” və “Arsenal” klublarında forma geyinmişdir.