İngiltərə klubu "Arsenal" ispan yarımmüdafiəçisi Mikel Arteta ilə müqaviləsini artırıb.
Sportarena.az xəbər verir ki, 33 yaşlı oyunçuya aparıcı klublardan təklif gəlməsinə baxmayaraq daha 1 il “Arsenal”da qalacaq.
Nəzərinizə çatdıraq ki, 2011-ci ildə “Everton”dan transfer olunan futbolçu "Arsenal"da forma geydiyi 101 oyunda 14 qola imza atıb.