Bu gün Ramazan ayının 25-ci günüdür.
QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:52-də bitir. İftar isə saat 21:28-dadır.
"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".
Ramazan ayının 25-ci gününün duası:
"Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!".
(Allahumməc’əlni fihi muhibbən liauliyaikə və muadiyən liə’daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!)
P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.