Sosial şəbəkələrdə “Ralli” yarışları zamanı baş verən maraqlı hadisələrdən birinin görüntüləri yayılıb. Yarışların birində lentə alınan görüntü, əkin sahəsinin ortasından keçən sürətli yarış avtomobilinin qarşısına traktorun çıxmasından bəhs edir. Hadisə zamanı xoşbəxtlikdən sürücü son anda avtomobilin sürətini tənzimləyərək əyləc vasitəsilə təhlükədən xilas ola bilib.