Növbəti mövsümün hazırlıqlarına davam edən İstanbul nəhəngi “Beşiktaş” klubu da transferlərini reallaşdırmağa davam edir.
Sportarena.az xəbər verir ki , “qara qartallar” Ukraynanın “Dnepr” klubunun üzvü braziliyalı müdafiəçi Duqlas Silva ilə müqavilə bağlayıb.
Klublar arasındakı ilkin anlaşmaya əsasən “sambaçı” ilk öncə klubda icarə əsasında çıxış edəcək. 1 il sonra icarə müqaviləsi başa çatdıqdan sonra, İstanbul təmsilçisi braziliyalı futbolçunu transfer edəcəyi təqdirdə qarşı tərəfə 5,5 milyon avro ödəməli olacaq