Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yenicə 2 illik müqavilə imzalanan Çumbinyonun vəziyyəti haqda bəzi məsələlərə toxunub.
Sportarena.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, baş məşqçı braziliyalı yarımmüdafiəçinin iki aydan sonra tam olaraq komanda ilə oynaya biləcəyini söyləyib:
"Çumbinyo avrokubokların təsnifat mərhələlərində çıxış etməyəcək. Ola bilsin, müəyyən müddətdən sonra yavaş-yavaş kollektiv məşqlərə qoşulsun. Ancaq meydana çıxmasına azı iki ay vaxt lazımdır".
Nəzərinizə çatdıraq ki, Çumbinyo ötən yay avrokubok oyununda zədələnib.