Tükiyənin "Qalatasaray" klubunun braziliyalı futbolçusu Felipe Melo vətənində davam etdirəcək.
Sportarena.az xəbər verir ki, "cim-bom"dan ayrılacağı gözlənilən Braziliya milli komandasının sabiq futbolçusu "Kruzeyro" klubu ilə ilkin razılığa gəlib. Rəsmi müqaviləyə isə yaxın günlərdə imza atılacağı qeyd olunur
Nəzərinizə çatdıraq ki, “Rasinq”, “Malyorka” , “Almeriya” , “Fiorentina” , “Yuventus” klublarında forma geymiş Melonun "Qalatasaray"la müqaviləsi gələn il başa çatır.