Beynəlxalq Cüdo Federasiyası idmançıların yeni reytinq siyahısını açıqlayıb.
Sportarena.az federasiyanın rəsmi saytına nəzərən xəbər verir ki, cədvəl Azərbaycan cudoçuları üçün uğurlu olub.
Belə ki, Avropa Oyunlarının gümüş mükafatçısı, millimizin liderlərindən Orxan Səfərov 60 kq çəkidə birinciliyi ələ alıb. İdmançımız ən yaxşın izləyicisi Monqolustan təmsilçisi Boldbaatar Qanbatı 39 xal qabaqlayır. Eyni zamanda 73 kq dərəcəsində Rüstəm Orucov da liderliyə yüksəlib. İdmançımız əsas rəqibi israilli Saqi Mukini 324 xal qabaqlayıb.
Bu idmançılarımızdan fərqli olaraq, Avropa Oyunarında fiaskoya uğrayan Elmar Qasımov 100 kq dərəcəsində öz mövqeyini əldən verərək 2-ci pilləyə enib.