Kaka Avropaya qayıtmağa yaxındır

17:46 13 İyul 2015

ABŞ klubu  "Orlando Siti"-yə məxsus Braziliyalı ulduz futbolçu Kaka yenidən Avropaya qayıdacaq.

Sportarena.az xəbər verir ki, bu barədə braziliyalı futbolçunun özü söyləyib:

"ABŞ futbol liqası zəif çempionat deyil. Haı-hazırda ideal formadayam və formadan düşməmək üçün tam qüvvəmlə çalışıram. "Milan"da unudulmaz illər keçirdim. "Real"da çıxışım elə də uğurlu alınmadı. Lakin bu, heç nəyin sonu deyil. "Orlando Siti" karyeramda son klub olmayacaq. Yenidən Avropaya qayıda istəyərəm. Braziliya millisinin son oyunlarını izlədikdə, düşündüm ki, milliyə lazımam. Yenidən yığmaya  qayıtmaq üçün əlimdən gələni edəcəm. Çünki 2018-ci ildə təşkil olunacaq dünya çempionatında oynamaq istəyirəm. İnanıram ki, baş məşqçimiz məni komandaya çağıracaq".

Nəzərinizə çatdıraq ki, Braziliya millisində 89 oyuna 29 qol vuran Kaka 2014-cü ildən "Orlando Siti"də meydana çıxır.


Digər xəbərlər

Xəbər xətti