Mahmud Qurbanov ölkəni tərk edir

18:23 13 İyul 2015

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Mahmud Qurbanov İslandiyaya yola düşəcək. 

Sportarena.az AFFA-nın rəsmi saytına nəzərən xəbər verir ki, baş məşqçinin köməkçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 16-da baş tutacaq İslandiya təmsilçisi “Hafnarfyordur” və “İnter” komandaları arasında baş tutacaq oyunu izləyəcək.

Nəzərinizə çatdıraq ki, “Hafnarfyordur”– “İnter” qarşılaşması Bakı vaxtı ilə saat gecə 00:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti