Cokoviçdən daha bir çempionluq - FOTOLAR

18:45 13 İyul 2015

İngiltərədə keçirilən Uimbledon tennis turnirinin qalibi müəyyən olub.

Sportarena.az xəbər verir ki, kişilərin final yarışında dünya reytinqində lider olan serbiyalı raketka ustası Novak Cokoviç və ondan bir pillə aşağıda yerləşən isveçrəli Roje Federer qarşılaşıb. Final görüşü öz gərginliyi ilə yadda qalıb. İlk setdə serbiyalı tennisçi 7:6 hesablı qalibiyyət əldə edib. Amma ikinci setdə  Federer eyni hesabla qələbə qazanıb. Növbəti hissələrdə təşəbbüsü ələ keçirən Cokoviç, 6:4 və 6:3 hesabları ilə qələbə qazanaraq ardıcıl ikinci dəfə böyük turnirin çempionluğuna sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti