Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Çukariçki" klubu heyətini 4 futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Serbiya klubu qapıçı Nikola Petriç, müdafiəçi Marko Randeloviç, yarımmüdafiəçilər Saşa Yovanoviç və Branislav Petriçi heyətinə qatıb.
Qeyd edək i, “Çukariçki” “Qəbələ”yə qarşı ilk oyununu iyulun 16-da doğma azarkeşləri önündə keçirəcək və bu matç Bakı vaxtilə saat 23:30-da başlayacaq.