Səhhətindəki problemlərlə əlaqədar "Neftçilər" xəstəxanasına yerləşdirilən "Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalov hələ də komadan ayıla bilməyib.
Sportarena.az xəbər verir ki,bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 8 gündür xəstəxanada olan M.Zeynalovun vəziyyətində müsbətə doğru dəyişiklik müşahidə olunmur.
Hazırda onun yanına ailə üzvlərindən başqa heç kim buraxılmır.