Azərbaycan çempionu "Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirir.
Sportarena.az xəbər verir ki, Ağdam klubu bu gün hollandiyalı futbolçu Raydell Puponla müqavilə imzalayacaq.
Onunla iki illik anlaşma əldə olunub. "Qarabağ" Çernoqoriya "Rudar"ı ilə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa 24 saat qalmış yeni futbolçusunu UEFA-dakı iştirak ərizəsinə də daxil etməyi düşünür.
Qeyd edək ki, Pupon karyerası ərzində cəmi bir dəfə legioner həyatı yaşayıb. 1987-ci il doğumlu forvard ötən mövsüm Fransanın "Valensyenn" klubuna keçsə də, burada uğursuz çıxış edib.
Ondan əvvəl isə "Qarabağ"ın yeni futbolçusu Hollandiyanın "Ayaks", "Villem II", "Sparta" (Rotterdam), "De Qraafşap", "Den Haaq", "NAK Breda" kimi klublarda oynayıb.