UEFA “Qəbələ” – “Dinamo” Tiflis matçında baş verən olaylara görə "Qəbələ"ni cəzalandıra bilər.
Sportarena.az xəbər verir ki, UEFA-nın sabah keçiriləcək iclasında klubun ev oyunlarını keçirdiyi Qəbələ şəhər stadionunu diskvalifikasiya etməsi gözlənilir. Belə olan halda "Qəbələ" ikinci təsnifat mərhələsindəki rəqibi - Serbiyanın "Çukariçki" klubunu doğma divarlar arasında yox, Bakıda qəbul etməli olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" matçı iyulun 23-də baş tutacaq.